Sidik qaçırma

Uşaqlıq yolunun fistulu

Uşaqlıq yolunun fistulu

Uşaqlıq yolunun fistulu uşaqlıq yolunun düz bğırsağa və ya sidik sistemi üzvlərinə(sidik kisəsi,sidik axarları,uretra) birləşdiyi yerdən deşilməsdir. Bu zaman fistul əmələ gələn yerdən bağırsaq möhtəviyyatı ( nəcis, qaz) və sidik uşaqlıq yoluna düşür.Uşaqlıq yolunun fistulu diqanozu ginekoloji baxış, kiçik çanağın endoskopik və ya rentgenoloji müayinəsi zamanı müəyyən edilir. Fistulanın müalicəsi cərrahi yolla, uşaqlığın sidik kisəsi orqanlarına və ya bağırsağa birləşdiyi yerdən ayırmaqla həyata keçirilir.
* Uşaqlıq yolunda fistulun əmələ gəlmə səbəbləri
* Uşaqlıq yolunun fistulasının əlamətləri
* Xəstəliyin diaqnozunun qoyulması
* Uşaqlıq yolu fistulunun müalicəsi
* Uşaqlıq yolu fistulasının proqnozu və profilaktikası
Uşaqlıq yolunun fistulu
Xəstəliyə mamalıq və ginekologiya sahəsində tez-tez rast gəlinir. Uşaqlıq yolu sidik sisstemi orqanları və bağırsaqlarla yaxın məsfədə yerləşdiyi üçün patoloji deffekt onların bitişməsi nəticəsində formalaşır.
Uşaqlıq yolunun fistulu əmələ gəldiyi yerindıən asılı olaraq aşağıdakı növlərə ayrılır:
sidik kisəsi vaginal fistulu
uretravaginal fistul
rektovaginal fistul
düzbağırsaq vagilal fistul
yoğunbağırsaq vaginal fistul
nazikbağırsaq vaginal fistul
Uşaqlıq yolunun fistulu yerləşdiyi yerdən asılı olaraq aşağı (uşaqlığın aşağı üçdə bir hissəsində əmələ gələn), orta( uşaqlığın orta hissəsində əmələ gələn), yuxarı(uşaaqlığın yuxarı hissəsində əmələ gələn) hissələrə bölünür.
Uşaqlıq yolu fistulunun əmələ gəlmə səbəbləri
Xəstəliyin əmələ gəlmə səbəbləri arasında ən geniş yayılmışı bağırsaq divarının, sidik axarı üzvlərinin urologiya, proktologiya və ya ginekologi manipulyasiya, yaxud əməliyyatlar zamanı zədələnməsi durur. Urogenital fistul adətən uretra divertikulasının rekonstruktiv əməliyyatlarının ağırlaşmaları, stress səbəbli sidik saxlaya bilmədikdə, uşaqlıq yolu divarının sallanması və kistaları, radikal histerektomiya, uşaqlığın amputasiyası zamanı əmələ gəlir.
Rektovaginal fistullar mamalıq zədələnmələri və ya patoloji doğuşlar zamanı trofik zədələnmələr baş verdikdə əmələ gəlir. Doğuş zamanı uşağın böyük olması, suyun qurtarıb, doğuşun gecikməsi də uşaqlıq divarının zədələnməsinə səbəb olduqda da fistula əmələ gələ bilir.
Bəzən də fistulun əmələ gəlməsinə iltihabi proseslər səbəb olur. Uşaqlıq yolunda iltihabi absesin və ya kəskin paraproktitin əmələ gəlməsi fistulanın formalaşmasına səbəb olur.
Nadir hallarda uşaqlıq yolunda fistulun əmələ gəlməsinə kimyəvi və elektrik yanıqları, məişət travmaları, sidik axarlarının ektopioyası, Kron xəstəliyi, şüa müalicəsi zamanı kişik çanaq orqanlarının zədələnmələri, kiçik çanaq orqanlarının şiş xəstəlikləri də səbəb ola bilir.
Uşaqlıq yolu fistulu xəstəliyinin əlamətləri
Xəstəlik xroniki xarakterə malik olur və residiv verə bilir. Sidik kisəsi və uşaqlıq yolu fistulu zamanı xəstələr sidiyin hissəvi və ya tamamilə saxlaya bilməməkdən şikayət edir. Bu zaman epidermisdə iltihab əlamətləri, uşaqlıq yolunun selikli qişasında şişkinlik və hiperemiya müşahidə edilir. Sidiyin uşaqlıq yoluna axması isə fistulun ölçüsünün böyüməsinə səbəb olur. Xəstəlik proqressivləşdikdə uşaqlıq yolunda ağrı, irin, qaz və nəcis ifrazı, qaşınma, geyişmə, qıcıqlanma müşahidə edilir.
Daima düz bağırsaq möhtəviyyatının uşaqlıq yoluna tökülməsi kolpitə, vulvitə, daima ağrıların olmasına səbəb olur. Ağrılar həm cinsi əlaqə zamanı, həm də sakitlik vəziyyətində meydana çıxa bilir.
Uşaqlıq yolunun irinli-iltihabi xəstəlikləri zamanı əmələ gələn fistullar orqanizmin ümumi vəziyyətinə təsir edir. Bu zaman xəstələrdə üşütmə-qızdırma, qarında və qarının aşağı hissəsində ağrı, ishal, piuriya, bəzəndə menouriya baş verir.
Diaqnozun qoyulması
Xəstəliyə diaqnozun qoyulması anamnezin toplanması və ginekoloji baxış vasitəsilə təyin edilir. Kiçik fistullar zamanı xəstəyə ginekoloji güzgü vasitəsilə baxdıqda sidik və nəcisin axdığı çapıq asanlıqla görünür. Çapığın daxili uzunluğunu və enini təyin etmək üçün xüsusi zonddan istifadə edilir. Urovaginal fistulun yerləşdiyi yer uretrosistoskopiya və xromosistoskopiya vasitəsilə müəyyən edilir.
Fistula diaqnozun qoyulması zamanı kiçik çanaq orqanlarının USM müayinəsindən və böyrəklərin USM müayinəsindən də istifadə edilir. Uroqrafiya, renoqrafiya, vaginoqrafiya da fistulun diaqnozunun qoyulmasında böyük rol oynayır. Rektogenital fistulun diaqnozunun qoyulması zamanı rektovaginal müayinə böyük rol oynayır. Bu zaman çapığın ətraf toxumanı nə qədər zədələdiyi, anal sfinktorda nə qədər çatışmazlıq əmələ gəldiyi də aşkar görünür nə qədər zədələdiyi də aşkar görünür.
Uşaqlıq yolu fistuluna diaqnoz qoyulan zamanı biopsiya və KT müayinələrindən də istifadə edilir.
Uşaqlıq yolu fistulunun müalicəsi
Fistulun müalicəsi xəstəliyin əlamətlərindən, ağırlıq dərəcəsindən, ətraf toxumanın nə qədər zədələnməsində, kiçik çanaq orqanlarının əzələ toxumasının xarakterindən asılı olaraq müxtəlif cür aparılır. Kiçik ölçülü fistullar özləri konservativ müalicədən sonra bitişə bilirlər. Uretranın və sidik kisəsinin fistullarını isə elektrokoaqulyasiya ilə bitişdirmək mümkün olur.
İrinli proseslər səbəbli meydana gələn fistullar isə cərrahi yolla müalicə edilir. Uretrovaginal fistullar uretrosistoneostomiya ilə müəyyən edilir. Kəskin rektovaginal zədələnmlər zamanı yaranın ətrafı 18 saat ərzində işlənilir. Fistulanın müalicəsindən sonra çapıq toxumanın aradan qaldırılması levatoroplastika vasitəsilə həyata keçirilir. İltihabi proseslər səbəbindən əmələ gələn fistulun çapıq toxumasını müalicə etmək üçün növbəti əməliyyatdan 2-3 ay əvvəl nəcis kütləsinin çapıq toxumadan uzaq durmasını təmin etmək lazımdır.
Sidik kisəsi uşaqlıq yolunun fistulu və ya uretravaginal fistulun müalicəsi zamanı plastik yamaq əməliyyatı tətbiq edilir. Lazim gəldiyi zaman isə uşaqlıq yolunda plastik əməliyyat həyata keçirilir.
Uşaqlıq yolu fistulunun proqnozu və profilaktikası:
Fistulun ən geniş yayılmış ağırlaşması xəstəliyin residiv verməsidir. Bu zaman xəstəyə təkrar radikal əməliyyat tətbiq etmək lazım gəlir. Müalicədən sonra xəstənin əmək qabiliyəti və həyat keyfiyyəti bərpa olunur. Xəstəlik xoşxassəlidir və müalicəyə tabe olur. Fistul əməliyyatı keçirən qadınlara yenidən uşaq dünyaya gətirdikləri zaman keysəriyyə əməliyyatı vasitəsilə uşaq dünyaya gətirmək məsləhət bilinir.
Xəstəliyin profilaktikası zamanı mamalıq zədələnmələrindən, mamalıq və ginekoloji əməliyyatlar zamanı müasir müalicə metodlarınan isitfadə etmək məsləhət görülür.