Sidik qaçırma

Vaginal histeroktomiya

Vaginal histeroktomiya

Histerektomiya - uterusun (uşaqlığın) çıxarılması əməliyyatıdır. Qadınlarda ən çox tətbiq olunan cərrahı əməliyyatlardan biridir.
Histerektomiya göstərişlər.
-Uşaqlıq miomaları.
-Nizamsız qanaxmalar.
-Aybaşı ağrılarının şiddətli olması.
-Qasıq ağrıları, uşaqlığın sallanması, xərçəngdən öncəki vəziyyət.
-Doğum ağırlaşmaları.
Bundan başqa, endometrioz (uşaqlıq daxilində olması lazım olan qatın uşaqlıq xaricində olması), uşaqlıq və yumurtalıq xərçəngi, xoşxassəli yumurtalıq şişlərində histerektomiya edilə bilər.
Vaginal histerektomiya uşaqlığın vaginadan çıxarılması əməliyyatıdır.
Hansı vəziyyətlərdə əməliyyat lazımdır?
- Estetik problemlər: yəni uşaqlıq və sidik kisəsinin sallandığı vəziyyətlər.
- Keçməyən aybaşı sancıları.
- Müalicələrə baxmayaraq keçməyən qanaxmalar.
- Səbəbi bilinməyən uşaqlıq və yumurtalıqla əlaqədar yaranan yara və kütlələr.