Sidik qaçırma

Sistosel – qadınlarda sidik kisəsinin sallanması

Sistosel – qadınlarda sidik kisəsinin sallanması

Sistosel sidik kisəsinin əzələ-bağ kompleksinin zəifləməsi nəticəsində anatomik yerdəyisməsidir. Bu adətətn uşaqlıq sallanmasının sidik kisəsinə təzyiq etməsi nəticəsində meydana gəlir.Sistoselə doğan qadəğınların əksəriyyətində və orta yaşdan yuxarı rast gəlinir.Bu zaman sidik kisəsi uyşaqlıq yoluna sıxılır.
Sistoselin əmələ gətirdiyi patoloji problemlər xəstəliyin müalicəsini qaçılmaz edir.
Sistosel xəstəliyi əksər hallarda qadınlarda baş verir.Qadınlar onun xoşagəlməz nəticələrinə əksər hallarda klimakteriya dövründə rast gəlirlər.Bu zaman onlarda hormonlal funksiyanın zəifləməsi,əzələlərin bu səbəbdən elastikliyinin itməsi xəstəliyin əlamətlərinin üzə çıxarır.Sistoselə ən çox ağır doğuş keçirmiş qadınlarda,doğuş zamanı uşaqlıq yonu travmaları alan pasiyentlərdə rast gəlinir.Sidik kisəsinin sallanması aşağıdakı hallarda da baş verir:
* ağır fiziki əşya qaldırdıqda
* kiçik çanaq rqanlarının anadangəlmə əzələ patologiyalarnda
* uşaqlıq sallanması olduqda
* qəfil və qısa müddətdə arıqladıqda
* tez-tez baş verən qəbizliklər zamanı
* çoxlu doğuşlar olduqda
* tənəfüs yollarının xəstəlikləri zamanı uzun müddət güclü öskürdükdə
Xəstəliyin əlamətləri
Xəstəliyin əsas əlamətlərindən biri sidik kisəsinin noprmal miqdarda sidiyi yığıb saxlaya bilməməsidir.Patologiya sidik saxlaya bilməməklə,ylançı sidiyə çağırışla,sidiyə tam çıxa bilməməklə,bəzən isə şişkinliklərin olması ilə xarakterizə edilir.Bu xüsusiyyətlər xəstələrdə stress vəziyyətinin başlamasına səbəb olur.Xəstəlik vaxtında və düzgan müalicə olunmadıqda kisədə yığılıb qalan sidik infeksiyalaşıb xəstənin vəziyyətini ağırlaşdıra bilir.Nadir hallarda uretranın prollarsı baş verir.
Bəzən uşaqlıq yolunda kiçik iltihabi kütlə əmələ gəlir və getdikcə böyüyür.Bu zaman qadınlar uşaqlıq yolunda yad cismin olması hissini keçirirlər.Bu saman baş verən sistosel xəstələrdə gəzinti zamanı diskomfort hissi və cinsi əlaqə zamanı ağrının olması ilə müşayət edilir.
Xəstəlik kritik nöqtəyə gldikdə sidik kisəsinin sallanması uşaqlıüq yolunun sallanmasına səbəb olur.
Diaqnoz
Xəstəliyin diaqnozu ginekoloq və uroloqun birlikdə ilkin müayinəi zamanı aşkar edilir.
Müalicə
Xəstəliyin kritik nöqtəsinə çatmamaq üçün ilkin əlamətlərin üzə çıxdığı vaxt həkimə müraciət etməli və vaxtında müalicəyə başlamaq lazımdır.İlkin dövrlərdə xəstələrə konservativ müalicə tətbiq edilir.Bu zaman hormonal və antibiotik müalicəsi və müalicə-idman tətbiq edilir.
Sidik kisəsinin tam sallanması diaqnozu qoyulduğu zaman xəstəyə əməliyyat tətbiq edilir.Müasir tibbdə sidik kisəsinin sallanması laporoskopiya yolu ilə əməliyyat ediir.