Sidik qaçırma

Usaqligin sallanmasi zamanı xəstələr nə zaman həkimə müraciət etməlidirlər?

Usaqligin sallanmasi zamanı xəstələr nə zaman həkimə müraciət etməlidirlər?

Əksər hallarda utancaqlıq səbəbindən qadınlar xəstəliyin müalicəsi üçün qiymətli vaxtlarını itirərək həkimə çox gec müraciət edirlər. Nəticədə xəstəlik o dərəcəyə qədər ağırlaşır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur. Patoloji halın müalicəsi uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Bu zaman usaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq məqsədi ilə xəstələrə fiziki gərginliyin azaldılması (xüsusən də 45 yaşından sonra), ginekoloji massaj kursu, gigiyenik bədən tərbiyəsi ilə məşğul olmaq məsləhət görülür.
Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar.