
Uşaqlığın miomasın insan həyatına təsiri
* İki əsas məlumat
Mioma uşaqlıq əzələsinin xoşxassəli şişidir. O uşaqlığn xaricinə doğru inkişaf edə, asanlıqla sidik kisəsi və düz bağırsağa qədər böyüyə bilir. Mioma uşaqlığın daxilinə doğru inkişaf edərək böyüyə və onun divarını tamamilə tuta bilir.
Mioma diaqnozu qoyulan qadınlara iki əsas məlumatı vermək istəyirik. Birincisi miomanın bədxassəli şiş toxuması olmamasıdır. İkinci məlumat isə miomanın sayını çox ola bilməsidir.
Son illərin statistikası mioma xəstəliyinin yaşının cavanlaşdığını qeyd edir. Əvvəllər mioma xəstəliyinə yaşlı qadınlarda rast gəlinirdisə, indi 20 yaşlı qızlarda da mioma düyünlərinə rast gəlmək mümkündür.
* Gözlənilməz qonaq
Mioma xəstəliyi əlamət vermdən üzə çıxır. Onu həkim müayinə zamanı təyin edir. Əksər hallarda xəstəlik təsadüfi yoxlamalar zamanı aşkar edilir.
Bəzi hallarda mioma xəstəliyi ağrılı,əzabverici olur .Bu isə ən çox aybaşı zamanı özünü biruzə verir. Bəzi hallarda isə mioması olan xəstələrdə aybaşı zaman gecikmələr baş verir. Bəzi hallarda mioması olan qadınlarda aybaşı geclü qanaxmalarla müşahidə edilir. Bu zaman isə mütləq hemoqlobinin miqdarını yoxmalaq lazımdır. Çünki, bir-neçə dəfə aybaşının qanaxma ilə müşahidə edilməsi qanın miqdarının aşağı düşməsinə səbəb ola bilir.
Həyatınızı dəyişin
Həkimlər uzun illərdir ki, xəstəliyin əmələ gəlmə səbəbini tapa bilmirlər. Bir çox mütəxəssislər miomanın baş verməsində qadın hormonlarının miqdarında baş verən dəyişikliklərin uşaqlıq əzələsinə təsirinin olmasını qeyd edirlər. Adətən, yumurtalıqlar normal fəaliyyət göstərdikdə mioma düyünləri orqanizm üçün qorxulu sayılmır, amma yenə də böyüməkdə davam edirlər. Postmenopauza dövründə isə miomaların ölçüləri kiçilməyə başlayır və xırdaları tamamilə sorula bilir.
Bəs son illərdə mioma xəstəliyinin sayını artması nə ilə əlaqədardır? Bəzi mütəxəssislər bunu sürətlə həyat tempinin artmasında, əsəb gərginliklərinin çoxalmasında, ailədaxili münaqişələrin artmasında – bir sözlə son illərdə həyat fəaliyyətinin çətinləşməsində görürlər.
İsti havalar insanlar üçün pis sürprizlər əmələ gətirir. Belə ki, ginekoloqlar isti havalarda bir ay ərzində mioma düyünlərinin ölçüsünün böyüdüyünü söyləyirlər.
Mioma haqqında onun şəxsi həyatda zövq almamağın nəticəsi kimi danışılan mülahizələr də var. Belə ki, bəzi mütəxəssislər miomaların özünü bədbəxt hiss edən qadınlarda əmələ gəldiyini qeyd edirlər.
Necə bilməli?
Miomanın diaqnozu USM müayinəsi zamanı təyin edilir. Mioma düyünlərinin ölçüləri bir-neçə millimetrdən qiqant ölçüyə qədər ola bilir. İri düyünləri həkimlər əlləri ilə də təyin edə bilir. USM müayinəsinin üstünlüyü qanaxmalara səbəb olan düyünlərin harada yerləşməsini təyin etməsi olur. Bu müayinə mioma düyününün uşaqlığın selikli qişasının divarında və ya xaricində yerləşməsini təyin edir. Ginekoloqların praktikasında 8 kiloqramlıq miomaya rast gəlindiyi barədə statistikanın məlumatları var. Mioma düyününün ölçüsü iri olduqda uşaqlıq 20 həftəlik hamiləlik boyda olur. Əgər mioma düyünü uşaqlığı deformasiyaya uğradarsa o zaman düyünlə birlikdə uşaqlıq xaric edilir. Uşaqlığın götürülməsi isə faciə sayılmır. O yanlız dölü böyütmək üçün lazımdır. Uşaqlıq hormonal funksiya daşımır və qadınlıq funksiyalarını aşağı salmır.
Bu cür patologiyalarla rastlaşmamaq üçün isə ginekoloqlar qadınlara il ərzində ən azı 1 dəfə həkim müayinəsində olmağı məsləhət bilir.
Mioma düyünlərini xaric etmək üçün yeni üsullardan istifadə edilir. Bu uşaqlıq arteriyalarının embolizasiyasıdır. Bu zaman mioma düyününə nə qan, nə də hormonlar daxil ola bilmir və miomanın qidalanması dayanır və o böyümür. Bu üsuldan istifadə etmək öz effektini göstərir. Belə ki, bu qayda ilə 3-5 sm ölçüdə olan mioma düyünlərinin ölçülərini 8 mm-ə qədər azaltmaq mümkün olur. Amma, 15 sm ölçüdə olan düyünləri bu üsulla kiçiltmək mümkün olmur.
45-50 yaşlarında və 10 sm ölçüdə mioma düyünü olan qadınları da embolizasiya üsulu ilə müalicə edərək düyünlərin ölçüsünü kiçiltmək mümkün olur. Amma, əksər halarda bunu tətbiq etmirlər.Bir-neçə ildən sonra onsuz da yumurtalıqlar öz fəaliyyətini azalıdcaq və bu zaman mioma düyünlərinin qidalanması dayanacaq və ölçüləri kiçiləcək. Çünki, mioma düyünləri hormonlarla qidalanmadıqda ölçüləri kiçilir. Bu yaşdan sonra mioma düyüünləri barədə düşünüb onları dərd etməyə dəyməz.
Hormonlar və bitkilər
Bəs cərrahi müdaxilə olmadan mioma düyünlərini konsarvativ yollarla müalicə etmək olarmı?
Bəzi həkimlər mioma düyünlərini hormonal kontraseptivlərlə müalicə edir. Bu üsulla müalicə etmək xüsusi diqqət tələb edir. Çünki, bəzən belə müalicə düyünlərin böyüməsinə səbəb olur.
Bəzi mütəxəssislər isə miomanı bioloji qatqı əlavələri, dieta, vitaminlər və bitkilərlə müalicə etməyə üstünlük verirlər.
Bəzən miomalar qanaxma verir və bu zaman xəstəyə hemopatik müalicə vasitələrindən istifadə etmək lazım gəlir.
Patologiyaların baş verməməsi üçün isə qadının vaxtında həkimə nüraciət etməsi məsləhət görülür. Qadınlar həkimə nə qədər vaxtında müraciət edərlərsə, mioma düyününü olub olmamasını vaxtında müəyyən etmək olar. Bu zaman isə müalicə daha da effektli və qısa müddətli olur. Ona görə də ginekoloqlar qadınlara hətta heç bir narahatçılıqları və ağrıları olmadıqları zaman belə həkimə müraciət etməyi məsləhət bilir.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar