Sidik qaçırma

Sidik kisəsinə botoks ineksiyasının tətbiq edilməsi

Sidik kisəsinə botoks ineksiyasının tətbiq edilməsi

Mətndə aşağıdakılardan bəhs edilir:

1. Sidik klisəsinə botoksun faydası
2. Botoksun urologiyada tətbiqi
3. Botoksun sidik kisəsinəı daxil edilməsi
4. Effektivliyi və ağırlaşmaları
5. Əks göstərişlər

Sidiyi saxlaya bilməmək bir çox insanların xoşagəlməz problemidir. Botoks ineksiyası vasitəsi xəstələri bu problemin əlamətlərindən xilas də bilir.
Sidik kisəsinə botoksun tətbiqi
Sidik kisəsində hiperaktivliyin artması sidiyi saxlaya bilməməyə səbəb olur. Normada sidik kisəsi sidiyi yığmalı, dolduqdan sonra xəstəyə impulslarla ”işarə”verməli və xəstənin iradəsinə tabe olaraq xaric etməlidir. İnsanların sidik kisəsində spastik simdrom meydana çıxdıqda isə bu proses baş vermir və sidik kisəsi qeyri-ixtiyari olaraq sidiyi yığıb saxlaya bilmir və xaric edir. Bu zaman xəstə sidiyini qeyri ixtiyarı olaraq xaric edir. Bu hiss insanlarda diskomforta səbəb olur. Müxtəlif vasitələrlə bu əlaməti aradan qaldırmaq mümkündür. Sidiyin saxlaya bilməmək əlamətini sidik kisəsinə botox iynəsi vurmaqla da aradan qaldırmaq mümkündür.
Botoks tətbiq edilən zaman orqanların əzələləri iflic olur və impulsların qıcıqlanması blokada edilir. Bu zaman orqanların sıxılması baş verir və spastik vəziyyət aradan qalxır. Sidik kisəsində də bu nəticəni əldə etmək üçün xəstəyə iynə kursu tətbiq edilir. Bu zaman tam nəticə 7-10 iynədən sonra meydana çıxır və müalicə 12 aydan sonra təkrarlanır.
Botoksun urologiyada tətbiqi
Sidiyi saxlaya bilməmək sidik kisəsi əzələsinin spazmı səbəbindən meydana çıxır. Botoks iynəsi əzələlərdə baş verən spazmları blokada edir, nəticədə əzələ toxuması rahatlaşır və sidiyə çıxma normallaşır. Sidik kisəsinə botoks tətbiq edilən zaman xəstə birinci iynədən botoksun effektliyini hiss edir.
Botoksun sidik kisəsinə daxil edilməsi
Botoksun əsas tərkibi proteindən ibrətdir. Bu protein orqanın toxumalarını iflic edir və nəticədə sidik kisəsindən beyinə ötürülən impulslar beyin mərkəzinə gedə və geriyə qayıda bilmir. Dərman preparatı sidik kisəsinin əvvəlcədən təyin edilmiş hissəsinə yeridilir, bu zaman isə bütün sidik kisəsi fəaliyyətini dayandırır. Botoks tətbiq edildikdə sidik kisəsi tam dolduğu zaman fəaliyyətə başlayır. Belə ki, botoksdan sonra sidik kisəsi tam dolur və sonra sidik kisədən xaric edilir. Müalicə 12 aydan sonra təkrar edilir. Əməliyyat yerli keyləşdirmə altında sistoskop vasitəsilə həyata keçirilir və xəstə ilk sidiyə çixma prosesini həyata keçirənədək həkimin nəzarəti altında qalır. Əməliyyat uğurla həyata keçirildikdə xəstə diskomfort və ağrı hissi yaşamır. Bu zaman onu evə buraxmaq mümkündür.
Effektivliyi və ağırlaşmaları
Urologiyada botoks iynəsindən sidiyi saxlaya bilməmək problemləri olduqda tətbiq edilir. Bu vasitə tez və ağrısız baş verir və xəstəyə problemi aradan qaldırmaqda yardım edir. Əməliyyatın aşağıdakı faydaları var:
* sidiyə çıxma siqnallarının sayı azalır və əlamətlər xəstəni incitmir
* sidikburaxma əlamətləri yox olur
* xəstə ağır dərman preparatları qəbul etməkdən azad olur
* sidiyi xaric etmək üçün güc sərf eləmək lazım gəlmir
Botoks iynəsinin sidik kisəsinə tətbiqi yaxşı nəticələrə səbəb olur. Belə ki, bu zaman xəstə sidiyə çıxmanı öz nəzarəti altına ala bilir.
Əməliyyat zamanı ağırlaşmalar orqanizmin botoksu qəbul eləmədiyi zamanlarda baş verir. Bu da özünü ən çox iynə tətbiq edildikdən dərhal sonra biruzə verir. Bunların baş verməməsi üçün həkimlər xəstələrə mun A və mun B botoksunu tətbiq etməyi məsləhət bilir.
Əks göstəriş
Botoksun müxtəlif növlü skleroz xəstələrinə, hamilələrə və uşaq əmizdirən analara tətbiq edilmir. Botoks iynəsini vurmazdan əvvəl xəstələr mütləq müxtəlif laborator və instrumental müayinələrdən keçməlidirlər.