Uşaqlığın sallanması
Bu xəstəlik qadınlar arasında yayılmış patologiyadır. Bəzi hallarda uşaqlıq yolunun enməsi və sallanması ağır keçen doğuşlardan sonra, doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda,həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir. Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır.
Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi, adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən ağrı hissiyyatları meydana çıxır: qarının aşağı hissəsində və beldə uzun sürən ağrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s.
Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə, uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthinde eroziya və xoralar əmələ gəlir. Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.
Patolojı halın müalicəsi uşaqlıq yolunun enmə dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Bu zaman uşaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq məqsədi ilə xəstələrə fiziki gərginliyin azaldılması, ginekoloji masaj kursu, gigiyenik bədən tərbiyəsi ilə məşğul olmaq məsləhət görülür Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar