Uşaqlıq yolu və uşaqlıın sallanması
Uşaqlıq yolu və uşaqlığın sallanması ginekoloji xəstəliklər arasında tez-tez rast gəlinən xəstəliklərdəndir.
Uşaqlıq yolunun sallanması xəstəliyinin müalicəsi cərrahi yolladır. Cərrahi yoldan başqa edilən bütün müalicə üsulları effektsizdir.Bu səbəbdən də ginekoloqlar xəstəliyin əlamətlərini hiss edən xəstələrə ozünəmüalicə ilə məşğul olmağı məsləhət bilmir.
Uşaqlıq yolunun sallanması zamanı həmin hissəni möhkəmləndirmək məqsədilə xəstənin öz toxumasından və ya sintetik protezlərdən istifadə edilir.Sintetik protezlər əməliyyat zamanı uşaqlıq yolunun öz toxumasından istifadə etmək məqsədəuyğun sayılmayan zamanlarda həyata keçirilir.
Müasir tibbin inkişafı uşaqlıq yolu sallanmasının kəsik aparılmadan müdaxilə etməklə əməliyyat edilməsinə şərait yaradır.
Son illər tibbi məhsulların satışında uşaqlıq yolu divarını möhkəmləndirən vasitələrə rast gəlmək olur.Prinsip etibarı ilə ən çox sintetik protezlərdən istifadə edilir.
Sintetik protezlərin hamısı bir-birindən öz xüsusiyyətlərinə görə fərqlənirlər.Amma onların ən çoxu polipropilindən hazırlanır.Düzgün olunmuş əməliyyatla bu protezləri heç bir risk olmadan uşaqlıq yoluna yerləşdirmək mümkündür.
Statistikanın hesablamalarına görə 60 yaşından yuxarı olan qadınların hər üçündən birində uşaqlıq yolunun sallanması müşahidə edilir.
Uşaqlığın sallanması:
Uşaqlığın sallanması uşaqlığı qarın daxilində fiksasiya edən bağların öz xüsusiyyətini itirməsi nəticəsində baş verir .Bu zaman uşaqlıq öz yerini dəyişərək aşağı doğru düşür.Bu proses əksər hallarda sistoselin əmələ gəlməsinə səbəb olur.Belə ki, aşağıya doğru yerini dəyişən uşaqlıq sidik kisəsinə təzyiq edərək onun sıxılmasına səbəb olur.Bu zaman xəstələrdə sidiyi saxlaya bilməmək, tez-tez sidiyə getmək, sidiyə tam çıxmamaq hissi olur.Xəstəliyin ağır dərəcələrində uşaqlıq yolu cinsiyyət dəliyindən xaricə çıxır.Patologiya əksər hallarda əməliyyat vasitəsilə aradan qaldırılır.Əməliyyatın xüsusiyyəti uşaqlıq bağlarının dartılaraq yerinə fiksasiya edilməsindən ibarət olur.Əksər hallarda ağırlaşmalar baş verir ki, bu zaman uşaqlıq böyrəklərin, sidik kisəsi və düz bağırsağın funksiyasına təsir edir.Belə olduqda uşaqlıq orqanizmdən xaric edilir.
Uşaqlıq yolu və uşaqlığın sallanmasının diaqnozu:
Xəstəliyin diaqnozu ginekoloji stolda müayinə zamanı təsdiqlənir.Uşaqlığın, uşaqlıq yolunun müayinəsi ilə yanaşı sidik kisəsinin də müayinəsi aparılır.Diaqnozun təsdiqlənməsi üçün USM və MRT-nin nəticələri də əsas götürülür.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar