Sidiyə getmə funksiyasının pozulması
Proktokolektomiyadan sonra sidiyə getmə funksiyasının pozulması halları 30-60%-a bərabər olur və daha çox abdominal-aralıq rezeksiyalarından sonra müşahidə edilir. Sidiyə getmənin pozulması 12% xəstələrdə erkən postoperativ dövrdən (30 gün) də çox davam edə bilər. Bütün abdominal-aralıq rezeksiyaları və aşağı ön rezeksiyalarda Foli kateteri ən azı 5-7 gün ərzində sidik kisəsində saxlanılır. Sidik kisəsinin disfunksiyası müşahidə edildikdə isə Foli kateteri daha uzun müddətə saxlanıla bilər.
Sidiyə getmənin pozulması bir və ya hər iki faktordan asılı olur: çanaqda baş verən anatomik dəyişikliklər və veqetativ sinirlərin zədələnməsi nəticəsində detrussor əzələsinin parasimpatetik innervasiyanın pozulması və/və ya sidik kisəsinin boğazı, triqon və uretranın simpatetik innervasiyasının pozulması.
Çanaqda aparılan disseksiya zamanı sinirlərin qorunmasına xüsusi önəmin verilməsi tələb olunur. Çanaqda aparılan disseksiyanın miqyası və genişliyi postoperativ dövrdə sidiyə getmə funksiyasının pozulması və bu pozulmanın müddətinə təsir göstərir. Kliniki müşahidələr aşağıdakıları müəyyən etməyə imkan verib:
Veqetativ sinirlərin saxlanması ilə aparılan total mezorektal eksiziya (TME) nəticəsində sidiyin saxlaya bilməməsi halları çox az hallarda müşahidə edilir.
Xoralı kolitə görə bərpaedici proktokolektomiya olunan xəstələrin müşahidəsi sidiyə getmənin pozulmasını müəyyən etməmişdir. Buna səbəb isə bu növ əməliyyat zamanı çanaqda daha kiçik miqyaslı disseksiyanın aparılmasıdır.
Rektal şişə görə APR (abdominal-perineal rezeksiya) və ya AÖR (aşağı ön rezeksiya) olunan xəstələrdə sidiyə getmə funksiyasının pozulması, habelə cinsiyyət disfunksiyası halları daha geniş yayılıb. Bu qrup xəstələrdə sidiyə getməyə çağırış, sidiyin saxlana bilməməsi və əksinə sidiyə gedə bilməmə halları 30-55% hallarda müşahidə edilir. Eyni zamanda müəyyən edilib ki, anal dəlikdən <5 sm az məsafədə yerləşən şişlərdə, preoperativ dövrdə şüalanma almış xəstələrdə, yaşı 65-dən yuxarı olan xəstələrdə, habelə intra-abdominal sepsis olmuş xəstələrdə sidik çıxarma disfunksiyasının baş verməsi riski daha yüksəkdir.
Rektal şişlərin açıq və ya laparoskopik yolla aparılan rezeksiyalarından sonra sidik çıxarma funksiyasının pozulması eyni dərəcədə müşahidə edilir.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar