Qadınlarda enurez
Uretrit, ağırlaşmamış sistit və vaginit oxşar kliniki simptomlara malik xəstəliklərdir. Bu simptomlara dizuriya (ağrılı sidiyə getmə), sidiyə getməyə çağırışın artması, sidiyə getmə tezliyinin artması, disparinoye (cinsi əlaqə zamanı ağrı) və ya patoloji vaginal ifrazat aid edilir. Kliniki simptomatikanın oxşarlığı səbəbindən anamnezin daha detallı toplanması və fiziki müayinənin daha geniş aparılması və müvafiq laborator testlərin təyin edilməsi düzgün diaqnozun qoyulması üçün zəruridir.
Uretrit və ya sistiti olan qadınlar adətən dizuriyadan şikayətlənir və bu səbəbdən həkimə müraciət etmiş olur. Uretriti olan xəstələr çox vaxt mukopurulent və ya irinli ifrazatdan şikayətlənir. Cinsi yolla keçən xəstəlik səbəbindən yaranmış dizuriyanı cinsi yolla keçən infeksiyalarla bağlı olmayan xəstəliklərdən differensiasiya etmək üçün cinsəl həyata dair detallı anamnezin toplanması vacibdir. Patoloji (qeyri-normal) vaginal ifrazatın olması daha çox servisit və/və ya vaginitlə əlaqədardır.
Uretritin bir çox halları C.trachomatis və N.gonorrhea tərəfindən törədilmiş olsa da, bir çox xəstələrdə Mycoplasma genitalium uretritə səbəb olur. Ümumiyyətlə, infeksion uretrit bir sıra mikroorqanizmlər tərəfindən törədilə bilər. Qram yaxmada qram-neqativ hüceyrədaxili diplokokkların təyin edilməsi qonorreya infeksiyasını təsdiq etmiş olur. Nəzərdə saxlamaq lazımdır ki, qonorreya infeksiyası çox vaxt xlamidiya infeksiyası ilə yanaşı müşahidə edilir. Qram yaxmada qram-neqativ hüceyrədaxili diplokokkların olmaması 15-40% hallarda uretritin C.trachomatis tərəfindən törədilməsinə dəlalət edir. Bütün hallarda uretritin törədicisinin müəyyən edilməsi tələb olunur.
Yuxarıda qeyd edilmiş simptomların kəskin başlanması və həkimə müraciətədək qısa müddət davam etməsi (7 gündən çox) daha çox uretrit və ya vaginitlə əlaqəli olur.
Müalicə zamanı səbəb tapılır,ona uyğun antibiotik tətbiq olunur.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar