Çanaq orqanlarının sallanmasının müalicəsi
Çanaq orqanlarının sallanması qadınların həyat keyfiyyətinə mənfi təsir göstərir. Beləki, sallanan orqandan asılı olaraq uşaqlıq yolunda yad cism hissiyyatı, sidik ifrazının tez-tez baş verməsi, sidik kisəsinin tam boşalmaması hissiyyatı, bəzi hallarda barmağın köməkliyi ilə boşaldılması, qəbizlik və ya əksinə nəcis və qazların saxlamaması, sidik qaçırması, cinsi əlagə zamanı ağrı (dispareuniya) və s. kimi əlamətlar ola bilər. Çanaq orqanların sallanması zamanı ən geniş yayılan əməliyyatlar gisterektomiya (uşaqlığın xaric edilməsi), ön və arxa kolporafiyalar (uşaqlıq yolunun divarlarının öz toxuması ilə plastikası) olsa da, bu əməliyyatlardan residivlər (xəstəliyin yenidən əmələ gəlməsi) dünya ədəbiyyatına istinadən 29-30% hallarda baş verir. Həmçinin kolporafiyalar zamanı uşaqlıq yolunun qısalması və daralması qadında daimi ağrılar, diskomfort və dispareuniyaya səbəb ola bilər. Məhz bu səbəblərə görə, çanaq dibinin rekonstruktiv cərrahiyyəsi inkişaf etməkdə davam edir. Son illərdə çanaq dibi orqanlarının ən müasir müalicəsində xüsusi sintetik torlardan istifadə olunur. Beləki, sidik kisəsinin sallanması xüsusi dördgollu “Ön Pelviks” toru vasitəsilə tam şəkildə ləğv olunur. Bu zaman tor sidik kisəsinin üzərinə yerləşdirilir, torun iki qolu insan bədəninin ən möhkəm bağlarından biri olan və çanaq dibində yerləşən sakrospinal bağlar, iki qolu isə obturator dəliklər üzərində olan fassiyalardan keçirilir, arxa tərəfdən uşaqlıq yoluna və yaxud uşaqlıq çıxarılıbsa uşaqlıq yolunun tağlarına, öndən isə sidik kisəsinin fassiyasına tikilir. Bununla da, sidik kisəsi ilə uşaqlıq yolu arasında yeni çox möhkəm qat əmələ gəlir.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar