Vaginal yolun enməsi və uşaqlığın düşməsi (sallanması)
Bu xəstəliyin əsas səbəbi çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim ağır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər. Uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan sonra (mamalıq maşalarından istifadə edilməsi, aralığın çox saylı cırılmaları ilə keçən doğuşlar) doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir. Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən ağrı hissiyyatları meydana çıxır: qarnın aşağı hissəsində və beldə uzun sürən ağrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.
Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar