Hamiləlik zamanı böyrəklərin zədələnməri
Hamiləlik zamanı böyrəklərin zədələnməri müxtəlif cür ola bilər. Yumaqcıq kapiliyarlarının endotelisinin şişməsi nəticəsində, onların mənfəzinin daralmasına səbəb olan qlomerulyar – kapilyar endotelioz tipik dəyişikliklərdən sayılır. Bu qayıdan proses olub, doğuşdan sonra keçir.
Ağır nefropatiyalarla doğuşdan sonra aparılan müayinələrdə yüngül əlamətlərin qaldığı görülür. Hamiləlikdən sonra müşahidə olunan qlomerulonefrit adətən xoşxassəli olur.
Hamiləlik zamanı böyrəklərdə olan ağır zədələnmələr fibrinoid nekroz və böyrəklərin payarası arteriyalarının sklerozuna səbəb ola bilir. Doğuşdan sonrakı dövrdə payarası sklerozu olan xəstələrin 75%-də davamlı, bədxassəli təzyiq müşahidə edilir. Əksər hallarda belə qadınlarda atrerial təzyiq doğuşdan sonra da qalır.
Hamiləlik zamanı böyrək zədələnmələrinin əsas klinik əlaməti proteinuriyadır. Proteinuriyanın başladığı ilk günlərdə hamilələrdə ödem olmur. Sonrakı günlərdə isə ödemlər özünü göstərməyə başlayır.
Nefrotik ödemlər damar mənşəli ödemlərə nisbətən daha massiv olub topuq və obma nahiyyəsində görünür, hətta assit və hidrotoraks baş verə bilir. Ödemin baş verməsi və artması yumaqcıq filtirasiyasının sürətinin azalmasına səbəb olur.
Hamiləlik zamanı böyrəklərin zədələnməsinin əlamətlərindən biri də qan zərdabında sidik turşusunun normadan çox olmasıdır. Bu erkən əlamət olub böyrəklərin perfuziyasının pisləşməsi nəticəsində baş verir.
Hamiləlik zamanı böyrəklərin zədələnməsinin ağırlaşması kimi böyrək çatışmazlığı, kəskin kanalcıq nekrozu və kəskin kortikal nekroz inkişaf edə bilir.
immunitet.az
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar