Enurez zamanı müayinə planı
Enurez 5 və daha böyük yaşlı uşaqlarda yuxu zamanı təkrar və spontan baş verən sidiyin xaric edilməsidir.
Birincili və ikincili olur.
Birincili gecə enurezi olan uşaqların müalicəsindən öncə ilkin müayinəsi enurezlə bağlı anamnezin toplanması, fiziki müayinənin aparılması və sidiyin ümumi analizinin təyin edilməsindən ibarət olmalıdır. Diaqnostik görüntüləmə və urodinamik müayinələr isə nadir hallarda tələb olunur. Anamnez topladıqda aşağıdakı məqamların müəyyən edilməsinə xüsusi diqqət yetirilməlidir:
-enurezlə bağlı simptomların başlanması və davam etmə müddəti,
-enurezlə bağlı simptomların ağırlıq dərəcəsi,
-gündüz vaxtlarda enurezin olub olmaması,
-qəbzlik, sidik-cinsiyyət sistemi ilə bağlı simptomlar və nevroloji simptomların mövcudluğu,
-ailə üzvlərində enurezin olması,
-xəstənin tibbi və psixo-sosial anamnezi və əvvəllər aparılmış terapiyaya dair məlumat.
Anamnez həm valideynlərdən, həm də uşaqdan toplanmalıdır. Enurezin ağırlıq dərəcəsinin və müvafiq terapiyanın potensial effektivliyinin dəyərləndirilməsi üçün enurezlə bağlı iki həftəlik gündəliyin (sidik kisəsinin funksional fəaliyyətinin gündəliyi) valideynlər tərəfindən tərtib edilməsi və həkimlə bölüşməsi çox faydalı hesab edilir.
Fiziki müayinəyə qulaqların, burunun, boğazın, qarın boşluğu, onurğa sütunu, cinsiyyət orqanları və düz bağırsağın müayinəsi, habelə nevroloji müayinə də daxil edilməlidir. İkincili və ya davamlı enurezi olan uşaqlarda cinsi zorakılıq ehtimalı nəzərdən keçirilməlidir. Cinsi zorakılığa dəlalət edən əlamətlər çox vaxt gizli qaldığı üçün onların müəyyən edilməsi həkimin nəzərindən qaçmamalıdır. Bədən üzərində göyərti (məs., sağrılarda, bel nayihəsində, budun medial səthində, boyun üzərində), çoxsaylı göyərtilər, həmçinin əl izləri, kəmər izləri və ya dişləmə izlərinin olması cinsi və ya digər növ zorakılığa dəlalət edir.
Sidiyin analizi və sidiyin əkilməsi sidik yolları infeksiyasının istisna edilməsinə yardım edir. İkincili enurezin səbəbinin müəyyən edilməsində bəzi laborator analizlərin (məs., şəkərli diabet səbəbindən qanda şəkərin səviyyəsinin artması, xronik böyrək çatışmazlığı olan uşaqlarda qanda sidik cövhəri və kreatinin səviyyəsinin artması, hipertireozu olanlarda tiroid stimulyasiyaedici hormonun səviyyəsinin aşağı olması) təyin edilməsi faydalı ola bilər. Görüntüləmə və urodinamik müayinələr isə adətən gündüz vaxtlarda enurezi olan, anamnezdə sidik yolları infeksiyası olan, böyrək və sidik yollarının struktur patologiyasının olmasına dəlalət edən əlamətlər olan uşaqlarda təyin edilə bilər.
Əgər enurezin ikincili səbəblərinə şübhə varsa, aşağıdakı müayinələrin aparılması tələb olunur.
Qanın ümumi analizi, biokimyəvi testlər: xronik böyrək çatışmazlığının istisna olunması üçün qanda sidik cövhəri , kreatinin səviyyəsinin təyini; şəkərli diabetin aşkarlanması üçün qanda şəkərin səviyyəsi; oraq hüceyrə xəstəliyinin istisna edilməsi üçün hemoqlobin elektroforezi; hipertireozun müəyyən edilməsi üçün qanda tiroid stimulyasiyaedici hormonun (TSH) səviyyəsinin təyini.
Görüntüləmələr: Böyrək və sidik kisəsinin ultrasəs müayinəsi, sidiyəgetmə sistouretroqrafiyası (sidik yollarında struktur patologiyanın istisna edilməsi üçün), gündüz vaxtı sidiyi saxlayabilməmə; təkrar sidik yolları infeksiyası olan uşaqlarda veziko-uretral reflyuksun istisna edilməsi.
MRT görüntüləməsi - onurğanın nevroloji müayinədə defisit müəyyən edildikdə lumbosakral onurğanın MRT-nin aparılması tövsiyə edilir.
Urodinamik müayinələr: sidik kisəsində qalıq sidiyin təyini; sidik kisəsinin disfunksiyasını müayinə etmək üçün sistometriyanın aparılması.
Bütün bu müayinələrdən sonra uyğun müalicə planı tətbiq olunur.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar