Uşagın sidik-ifrazat sistemində zədələnmənin olmasından necə şübhələnmək olar
Uşağın boy və fiziki inkişafda geri qalması, hərarətin “səbəbsiz” olaraq 38-40C-yə qalxması, yüksəlmiş susuzluq hissiyyatı, həddən artıq həcmdə sidiyin ifraz edilməsi,
arterial təzyiqin qalxması, ətraflarda, bədəndə və üzdə şişkinliklərin əmələ gəlməsi, sidiyə getmə tezliyinin və onun həcminin adi günlərə nisbətən azalması və bir sıra digər əlamətlər uşağın sidik ifrazı sistemində müəyyən xəstəliklərin olmasına işarə edə bilər.
Bundan başqa, uşaqda bel nahiyəsində ağrı, qarnında ağrı və köp, qusma halları da ola bilər. Bu hallar xəstəlik prosesinə dəlalət edir və təcili mütəxəssis müdaxiləsi tələb edir.
Valideynlər mütəmadi olaraq uşağın sidiyinin rənginə və qoxusuna fikir verməlidirlər. Sidiyin rənginin nisbətən tündləşməsi, onda bulanıq çöküntünün olması, kəskin qıcqırmış iy verməsi, sidikdə qan qarışığının olması kimi əlamətlər onun orqanizmində patoloji halın olmasını göstərərək, tez bir zamanda uroloqa müraciət etməyi tələb edir.
Ancaq onu da nəzərdə saxlayın ki, bəzi dərmanların qəbulu, bəzi məhsullar (çuğundur, yerkökü) da sidiyin rəngini dəyışə bilər.
Sahə pediatrları müəyyən dövrdən bir uşağın sidiyini müayinə edirlər. Hətta uşağınızın sidiyində heç bir dəyişiklik hiss etməmiş olsanız da, bu müayinəyə etinasız yanaşmayın.
Analiz üçün sidiyin düzgün şəkildə yığılmasının böyük əhəmiyyəti vardır. Adi sidik analizi üçün qabaqcadan təmiz yuyulmuş şüşə qaba uşağın səhər ilkin sidiyini yığmaq lazımdır. Analiz yiğmamışdan qabaq uşağın xarici cinsiyyət üzvləri (patoloji mikrobların sidiyin tərkibinə daxil olmaması məqsədi ilə) ilıq su ilə yaxşı-yaxşı yuyulmalıdır. Onu da nəzərdə saxlamaq lazımdır ki, sidiyin yığılması və analizə verilməsi arasında nə qədər az vaxt keçmiş olarsa, müayinənin nəticəsi bir o qədər dəqiq olar.
Əgər uşağın valideynlərində və ya yaxın qohumlarından hər hansı birindəsə böyrək və ya sidik ifrazı sistemi üzvlərində anadangəlmə inkişaf güsurları olmuşdursa, elə həyatının ilk anlarından uşağı mütəxəssisə göstərmək lazımdır. Sidik ifrazı sisteminin bəzi ağır güsurları (məsələn, böyrəklərin polikistozu, “artıq” böyrək və s) irsi olaraq uşaqlara da keçə bilər.
Uşaqlarda böyrək və sidik ifrazı sistemi patologiyalarının qarşısını almaq üçün ilk növbədə uşaq yaşlarında karioz dişlər, xroniki tonzillit, adenoidit kimi xroniki infeksiya ocaqlarını müalicə etmək lazımdır. Uşaqları soyuqdəymələrdən və infeksiyalardan qorumalı, qəbizlik, bağırsaq disbakteriozu və parazitar (qurd) xəstəliklərini vaxtında müalicə etmək məsləhət görülür.
Bundan başqa, uşaqlara ağır əşyalar qaldırmamaq, yaşa uyğun olmayan fiziki gərginliyə məruz qalmamaq da tövsiyə edilir.
Heç bir halda uşaqların müalicəsində (hətta “ən sadə” hesab etdiyiniz xəstəliklərdə də!) özfəaliyyət göstərməyin! Ona görə ki, kifayət qədər müvafiq tibbi məlumatlara malik olmayan şəxs tərəfindən təyin edilən dərmanlar bəzi hallarda müalicə etmək əvəzinə, uşağınızın bir çox orqanlarına çox böyük zərər vura bilər!
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar