Enurezin klinik xüsusiyyətləri
Birincili və ikincili gecə enurezi ilə müayinə edilmiş xəstələrin müqayisəsi göstərmişdir ki, sidiyə getmənin tezliyi, sidiyə getməyə çağırışlar, gecə sidiyə getmə, qəbzlik və gündüz sidiyə getmə kimi simptomlar hər iki xəstəlikdə eyni dərəcədə geniş rast gəlinir. Qəbzlik ikincili gecə enurezi olan uşaqların 50%-də, birincili gecə enurezi olan uşaqların isə 75%-də rast gəlinir. Qəbzlik həm də gündüz enurezi olan uşaqlarda da müşahidə edilir.
Birincili gecə enurezi olan uşaqlarda (xüsusilə də, yaşı 10-dan yuxarı olanlarda) davranış pozuntuları çox nadir hallarda müşahidə edilir. Davranış pozuntuları adətən gündüz enurezi olan uşaqlarda qeydə alınır. Həmçinin ikincili enurezi olan uşaqlarda davranış pozuntuları yeddi dəfə daha çox rast gəlinir. Davranış pozğunluqlarından həmin uşaqlarda əsasən depressiya, həyacan, sosial fobiyalar, diqqətin çatmamazlığı/hiperaktivlik pozğunluğu müşahidə edilir.
Diqqətin çatmamazlığı/Hiperaktivlik pozğunluğu daha çox böyük yaşlı (9-12 yaşlı) uşaqlarda özünü biruzə verir. Diqqətin çatmamazlığı/Hiperaktivlik pozğunluğu olan uşaqlarda sidiyə getmə ilə bağlı problemlər bir çox hallarda davamlı olur. Digər uşaqlarla müqayisədə enurezi olan uşaqlarda subklinik psixoloji simptomlar (məs., özünə-inamın azlığı, səbirsizlik, utancaqlıq, qıcıqlanma, təcrid olunma) daha çox müşahidə edilir.
Valideynlər arasında da psixoloji stress, o cümlədən, emosional, sosial və maliyyə stressi, səbirsizlik, dözümsüzlük) tez-tez rast gəlinir.
Uşaqlarınızda bu əlamətlər varsa həkimə müraciət edin.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar