Enurezin növləri
Enurez yaşı beş və daha çox olan uşaqlarda yuxu zamanı təkrar və spontan baş verən sidiyin xaric edilməsidir. Enurez aşağıdakı kimi təsnif olunur:
-birincili və ya ikincili,
-monosimptomlu (ağırlaşmamış) və ya qeyri-monosimptomatik (məs., enurezlə yanaşı aşağı sidik yolları simptomlarının mövcudluğu).
Birincili gecə enurezi olan uşaqlarda enurez monosimptomludur (bir simptom) və həmin uşaqlarda gecə sidiyin xaric edilməsindən başqa simptomlar müşahidə edilmir və sidik kisəsinin disfunksiyası yoxdur.
Gecə enurezi gün ərzində baş verən enurezdən 3 dəfə çox rast gəlinir və bir çox ölkələrdə azyaşlı uşaqların 6-7%-də və böyük yaşlı uşaqların 2-3%-də təsadüf edir. Gecə enurezi oğlanlarda daha çox müşahidə edilir (qızlarla müqayisədə oğlanlarda gecə enurezi 3 dəfə çox rast gəlinir).
Birincili gecə enurezi sidik kisəsinin tutumu (həcmi) ilə gecə ifraz olunan sidiyin həcmi arasında uyğunsuzluq və uşağın sidik kisəsinin dolmasına cavab olaraq yuxudan oyanmaması səbəbindən baş verir. Enurezlə əlaqəli faktorlara aşağıdakılar aiddir: nokturnal poliuriya (gecə vaxtı çoxlu miqdarda sidiyin ifrazı), detrussor əzələsinin qeyri-stabilliyi və dərin yuxunun pozulması. Birincili gecə enurezi olan uşaqların az qismi sidik kisəsinin genişlənməsinə (sidiklə dolması nəticəsində) baxmayaraq yuxudan heç oyanmır və yuxuda olarkən sidiyə getmədən öncə sidik kisəsinin təkrar yığılmaları baş verir (detrussordan asılı enurez).
İkincili enurez isə bir sıra tibbi və psixoloji pozuntularla bağlı olur. Əvvəllər gecə enurezi olmayan, lakin kəskin stress zamanı enurezin baş verdiyi müəyyən edilən uşaqlarda səbəb kimi ilk növbədə pisxoloji pozuntu nəzərdən keçirilməlidir.
Gecə enurezinin baş verməsinə genetik faktorların təsiri tam müəyyən edilməyib, lakin bu təsirin heterogen və mürəkkəb olduğu bildirilir. Belə ki, valideynlərin birində uşaqlıqda enurezin olması, onun uşaqlarında enurezin baş vermə riskini artırmış olur. Maraqlıdır ki, bir və ya hər iki valideyndə uşaqlıqda enurez qeydə alınmışdırsa, onların uşaqlarında enurezin baş verməsi halı müvafiq olaraq 44% və 77%-ə çatır. Valideynlərində enurez qeydə alınmamış uşaqlar arasında isə gecə enurezinin baş verməsi 15% hallarda müşahidə edilir. Əgər əkiz uşaqların birində enurez qeydə alınıbsa, ikinci əkiz uşaqda da enurez böyük ehtimalla baş verəcək. Maraqlıdır ki, bəzi ailələrdə enurezlə bağlı olan genlər (8,12,13 və 22-ci xromosomlarda) autosomal dominant ötürücülüyə malikdir.
Enurezin hansı növünün olmasından asılı olmayaraq həkimə müraciət edib,müalicəni vaxtında aparmaq lazımdır.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar