Sidik qaçırma
Sidiyin səbəbsiz, qeyri-iradi olaraq sidik kanalından axmasına sidik qaçirma deyilir. Bu halda iki müxtəlif simptomları fərqləndirmək lazımdır – sidiyin qaçırılması və sidiyin tuta bilinməməsi. Sonuncu onunla xarakterizə olunur ki, sidiyə getmə siqnalı olur, lakin sidiyi saxlamaq cəhdi müvəffəqiyyətsizliyə uğrayır.
Sidik qaçırma - xəstəlik deyil, simptomdur, müxtəli xəstəliklərin nəticəsində olur.
Birincili sidik qaçırılması sidik kisəsinin bağlayıcı aparatının – sfinktorların (bağlayıcı əzələlərin) anatomik defektləri səbəbindən olur, məsələn, anadangəlmə anomaliya və zədələnmələr nəticəsində, və ikincili sidik qaçırılmasından fərqlənir. İkincili sidik qaçırılması anatomik inkişafdan qalmış sfinktorların iş qabiliyyətlərinin olmaması ilə (onların kifayət qədər funksionallıqlarının olmaması) ilə xarakterizə olunur.
İkincili qaçırılmanın səbəbləri çox genişdir – sidik ifrazatının idarə olunmasına cavabdeh olan onurğa beyninin zədələnməsindən pasiyentin psixikasının xüsusiyyətlərinə qədər. Qeyd etmək lazımdır ki, anatomik inkişafdan qalmış sfinktorlar öz funksiyalarını lazımi qədər yerinə yetirə bilmirlər, zəif olurlar. Bu halda istənilən, hətta zəif fiziki iş qeyri-ixtiyarı sidik ifrazatı ilə nəticələnə bilər. Bu variant sidiyin stress tip qaçırılması adlanır.
Sidiyin stress tip qaçırılması (və ya gərginlikdə qaçırılma) – bu adi gündəlik aktivlik zamanı qeyri-ixtiyari sidik ifrazatıdır və gülüş, öskürək və ya asqıraq, gəzinti və ya fiziki tapşırıqlar, oturaq və ya uzanılı vəziyyətdən qalxmaq, ağırlıq qaldırmaq zamanı olur.
Qadınların əksəriyyəti stresli sidik qaçırılmasından əziyyət çəkirlər və bu müxtəlif yaş dövrlərində olur. Stresli sidik qaçırılması heç də həmişə qocalıq prosesinin təbii hissəsi deyil. Bu hamiləlikdən, cərrahiyyə əməliyyatlarından, menopauza dövründə qadın cinsi hormonlarının – estrogenlərin defisiti ilə bağlıdır.
Stresli sidik qaçırılması olan qadınlarda sağalmaq üçün ilk üsul adətən çanaq dibi əzələlərinin möhkəmləndirilməsinə kömək etməkdir.
Maye qəbulunu azaltmaq, rasiondan sidik qovucu təsirli qida məhsulları, məsələn, kofe, alkoqol, qreypfrut şirələrini azaltmaq məsləhət görülür.
Qəbizliklə mübarizə aparmaq lazımdır. Bir çox hallarda qəbizlik sidik qaçırılmasının əsas səbəbi olur, əgər bu belə olmasa da qəbzlikdən xilas olmaqla qaçırılma ilə bağlı problemi xeyli yüngülləşdirmək olar.
Sidik qaçırılmasının stress variantında dərmandan istifadə etməyin mənası yoxdur. Bəzi hallarda qaçırılma esterogenlərin çatışmamazlığından irəli gələrsə, əvəzedici hormonal terapiyanın tətbiqi mümkündür.
Hamıya məlumdur ki, cərrahiyyə üsulu ən effektivdir və etibarlı, stabil nəticələr verir. Çoxsaylı müxtəlif əməliyyatlar var ki, sidik qaçırılmasının spesifik növü və ya səbəbi əsasında təyin olunurlar.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar