Xarici cinsiyyət üzvlərinin və uşaqliq yolunun zədələnmələri
Qadın cinsiyyət üzvlərinin travmalarına nadir hallarda rast gəlinir. Zədələyici amilin xarakterinə görə onlar aşağıdakı formalara bölünürlər:
– küt travma nəticəsində əmələ gələn zədələr,
– deşilmiş, kəsilmiş, odlu silah yaraları,
– iti əşyalar üzərinə yıxılma nəticəsində yaranan zədələr,
– cinsi əlaqə, doğuş, tibbi əməliyyatlar zamanı yaranan zədələr.
Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun travmaları doğuş vaxtı, kobud cinsi əlaqə zamanı, xüsusilə sərxoş vəziyyətdə baş verdikdə əmələ gəlir.
Xarici cinsiyyət üzvlərinin travmaları zamanı xəstələrin əsas şikayətləri ağrı və qanaxmadan ibarət olur. Sürətlə böyüyən göyümtül-qırmızı törəmə şəklində hematomanın əmələ gəlməsi xəstədə cinsiyyət üzvləri nahiyyəsində gərginlik hissi, ağrılar, tenezmlər, bəzən anemizasiya ilə təzahür edir.
Xəstəliyə diaqnoz qoymaq heç də çətinlik törətmir.
Travmalar ağır olmadıqda müalicə antiseptik məhlulların köməyi ilə sağala bilir. Ağır travmalar olduqda müxtəlif cərrahi əməliyyatlar lazım gələ bilir. Yara iri olduqda xəstəyə geniş spektrli antibiotiklər təyin edilir. Güclü qanaxma müşayiət edilərsə şok əleyhinə preparatlar təyin edilir.
Əməliyyatlar
- Sidik qaçırma (TOT, TVT, Mini-sling)
- Sidik kisəsinə BOTOKS infeksiyası
- Sidik kisəsinin boynuna dolğu maddəsi
- Sistoskopiya
- Uşaqlıq sallanması
- Sidik kisəsinin sallanması (4 qollu setka)
- Bağırsaq sallanması (rektosel)
- Vaginal yolunun sallanması (Sakropeksiya)
- Uşaqlığın asılması (Sakrokolpopeksiya)
- Vagina plastika
- Fistullar (Vezikovaginal, Rektovaginal)
Məqalələr
- Sidik qacirma (qadın enurez)
- Sidik qaçırma (uşaqlarda enurez)
- Uşaqlıq sallanması (genital prolaps)
- Vaginal estetika-plastika
- Hamilədə uroloji problemlər
- TOT.TVT əməliyyatları (sling)
- Sidik-cinsiyyət yolu infeksiyaları
- Pereuretral inyeksiya
- Qadınlarda uroloji problemlər
- Qadınlarda qenital infeksiyalar